Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda sabitlik və rifahın təmin olunması üzrə ölkəyə dəstəyini ifadə edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Özbəkistan prezidentinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı müzakirə olunub.
Danışıqlar zamanı dövlət başçıları Qazaxıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıb, ölkədə vəziyyətin sabitləşməsi, sülh və sabitliyin təmin olunması üzrə atıln addımlar müzakirə olunub.
Ş.Mirziyoyev Qazaxıstan xalqına və rəhbərliyinə sabitlik və rifahın təmin olunmasında dəstəyini bir daha ifadə edib.