Qazaxıstan hüquq-mühafizə orqanları Janaozen şəhərindəki qaz emalı zavodunun direktoru Nakbergen Tulepovu saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, Maliyyə Monitorinqi Departamenti maye qazın qiymətini heç bir səbəb olmadan qaldıran Tulepovla bağlı ibtidai istintaqa başlayıb.
Qeyd edək ki, qazın qiymətinin qalxması səbəbindən ölkədə aksiyalar başlayıb. Buna görə bəzi vilayətlərdə fövqəladə vəziyyət elan edilib.
Hökumət qazın qiymətini də aşağı salacağını açıqlayıb.