Fransada ictimai yerlərdə 3 yanvardan başlayaraq, maska taxma məcburiyyəti 6 yaşa endirilib.
Axar.az xəbər verir ki, bu barədə ölkə qanunvericiliyinin rəsmi bülletenində dərc edilmiş fərmanda qeyd olunub.
Əvvəllər bu tələb yalnız 11 yaşdan yuxarı insanlara şamil edilirdi.
Fransa Nazirlər Kabinetinin nümayəndəsi Qabriel Attalın sözlərinə görə, ölkədə koronavirusla bağlı vəziyyət kritikdir. Səhiyyə naziri Olivier Veran isə bildirib ki, tezliklə Fransada Omikron ştammı üstünlük təşkil edəcək.