Ötən gün İranın Fars və Kirman əyalətlərində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 6 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mehdi Vəlipur deyib.
O bildirib ki, hadisə baş verən bölgələrə 500 əməliyyat qrupu ezam olunub:
“Üç min nəfərdən çox insan sığınacaqlara yerləşdirilib, 20 min nəfərə yardım göstərilib. Seldən ən çox Minab və ətraf kəndlər ziyan görüb”.
Qeyd edək ki, bundan öncə seldən 3 nəfərin öldüyü bildirilmişdi.