2021-ci ilin sonunda "Qallap" (Gallup International Association) tədqiqat şirkətinin rəsmi nümayəndəsi "MPG LLC" Ermənistanda sorğu keçirib.
Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə politoloq Qagik Ambaryan Feysbuk səhifəsində yazıb.
Suallardan biri belə olub: “Gorus-Qafan, Qafan-Çakaten avtomobil yollarında Azərbaycan tərəfindən keçid məntəqələrinin quraşdırılmasına münasibətiniz necədir?
Respondentlərin 3 faizi buna müsbət yanaşır, 7,6 faizi isə suala cavab verməkdə çətinlik çəkib”, - Ambaryan yazır.
Politoloq qeyd edir ki, normal erməni bu məsələyə müsbət qiymət verə və ya biganə qala bilməz.
“Məlum olur ki, bu sorğuda iştirak edənlərin 10,6 faizi azərbaycanlıdır. Bu, Nikolun anti-erməni siyasətini dəstəkləyən beşinci kolondur”, - deyə Ambaryan qəzəblənib.