Türkiyə NATO daxilində ən yüksək hazırlıqlı hərbi qüvvə olan Yüksək hazırlıqlı birləşmiş operativ qrupunun (VJTF) komandanlığını 1 yanvar 2022-ci il tarixində Fransaya təhvil verəcək.
Axar.az xəbər verir ki, bu barədə NATO açıqlama yayıb.
Məlumata görə, komandanlığı Türkiyədən alacaq Fransa bir il müddətində NATO VJTF-in komandanlığını icra edəcək.
VJTF-nin əsas elementi 2022-ci ildə 3500 əsgərdən ibarət fransız-alman briqadası olacaq. İspaniya, Portuqaliya və Polşa da işçi qrupunu təmin edəcək.
Qeyd edək ki, Fransa 2023-cü il yanvarın 1-də komandanlığı Almaniyaya təhvil verəcək.