Azərbaycan Taekvondo Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, toplantı 30 dekabr saat 11:00-da başlayacaq. İclasın ardından mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının hazırkı prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1999-cu ildən bu federasiyanın prezidentidir. Ümumdünya Taekvondo Federasiyasının da vitse-prezidenti olan nazir həm də Boks Federasiyasının prezidenti olduğundan, o bu vəzifəsini təhvil verəcək.