Ermənistanda son sutkada daha 88 nəfərdə COVID-19 aşkarlanıb.
Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 737-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 7 961-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 501 nəfərdir. İndiyədək 331 152 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 123 aktiv koronavirus xəstəsi var.