Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezindetinin mətbuat katibi İbrahim Kalın Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.
İ.Kalın suala cavabında deyib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz mənsubiyyətinin bir hissəsinə çevirib:
"Qafqazda çox fərqli proses gedir və indi bu diasporun bütün enerjisi, arqumentləri üzərində qurduğu struktur dağılmaq üzrədir. Hazırda Qafqazda Türkiyə-Ermənistan və ya Türkiyə-Ermənistan münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi, müstəqilliyini əldə etməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb".