İsrail 55 ölkə üçün səyahət qadağasını ləğv etdi

Koronavirusla mübarizə tədbirləri çərçivəsində 55 ölkədən İsrailə giriş qadağası ləğv edilib.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə qərarı İsrailin Səhiyyə Nazirliyi verib.

 

 İsrailin Nazirlər Kabineti və Parlament komissiyası tərəfindən təsdiq edilən qərar dekabrın 30-u qüvvəyə minəcək.

Səyahət qadağasının ləğv edildiyi ölkələr arasında bir çox Afrika ölkələri ilə yanaşı, Almaniya, Danimarka, İtaliya, İsveç, İrlandiya, Belçika, Finlandiya və Norveç var. Meksikada isə “Omicron” ştamına yoluxma halları artdığından bu ölkə “qırmızı siyahı”dakı ölkələr sırasına daxil edilib.

Qeyd edək ki, İsrail parlamenti ötən həftə Türkiyə, BƏƏ, ABŞ, Efiopiya, İngiltərə, Cənubi Afrika, Macarıstan, Tanzaniya, Nigeriya, İspaniya, Portuqaliya, Fransa, Kanada və İsveçrəni də “qırmızı siyahı”ya əlavə edərək bu ölkələrdən İsrailə səyahət qadağası tətbiq edib. Sözügedən siyahıya aid olan dövlətlərdən İsrail vətəndaşları istisna olmaqla heç bir şəxs ölkəyə buraxılmayacaq. Bu ölkələrdən qayıdan İsrail vətəndaşları isə 7 gün ərzində karantində qalacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, pandemiya başlayandan bu günə qədər ölkədə koronavirusa 1 milyon 365 min 643 yoluxma halı qeydə alınıb, 8242 nəfər isə dünyasını dəyişib.

26 Noyabr 2024 Ukraynaya dəstək davam etməlidir - Miçotakis
26 Noyabr 2024 Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
26 Noyabr 2024 ABŞ-Rusiya müharibəsi hər an başlaya bilər - Kendall
26 Noyabr 2024 İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri
26 Noyabr 2024 İsrail HHQ Beyruta növbəti zərbə endirdi
26 Noyabr 2024 İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
26 Noyabr 2024 İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!
26 Noyabr 2024 Narışkin: Bu ölkə Ukraynanın yolu ilə gedir
26 Noyabr 2024 Bayden Trampın andiçmə mərasiminə qatılacaq
26 Noyabr 2024 17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi
26 Noyabr 2024 Putin müraciət etdi: MDB-də bunun qarşısını alın!
26 Noyabr 2024 Medvedyev: Bu, Rusiyaya hücum aktı deməkdir
26 Noyabr 2024 “Cənub” ordusuna yeni komandan təyin edildi
26 Noyabr 2024 Ukrayna üçün bunu etməyəcəyik - Lemmi
26 Noyabr 2024 Şoyqu Əfqanıstanda: Taliblərlə görüşdü...
26 Noyabr 2024 Putin onların maaşını iki dəfədən çox artırdı
26 Noyabr 2024 Bunsuz müharibə bitməyəcək - Kiyev
26 Noyabr 2024 Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır
25 Noyabr 2024 Bu hədəfə doğru irəliləyirik - Ərdoğan
25 Noyabr 2024 Qadın meşədə qara truffle aşkar edib
25 Noyabr 2024 Kiyevə verilən bu minalar çox təhlükəlidir - Quterreş
25 Noyabr 2024 Netanyahu Hizbullahla atəşkəsi təsdiqlədi
25 Noyabr 2024 Miqrantlar Nyu Yorkdan qaçır: Tramp elan etmişdi
25 Noyabr 2024 Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
25 Noyabr 2024 Hindistandan Ukrayna açıqlaması: Bunu dəstəkləyirik!
25 Noyabr 2024 Putin onu xüsusi nümayəndə təyin etdi
25 Noyabr 2024 Gürcü arzusunun qulları – Zurabişvili təhqir etdi
25 Noyabr 2024 Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır - Ryabkov
25 Noyabr 2024 Çiy süddə quş qripi aşkarlandı
25 Noyabr 2024 Hindistan Ermənistana reaktiv atəş sistemləri göndərdi