Türkiyədə ötən gün koronavirusa 26.099 yoluxma halı qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Bu rəqəmin 24 noyabrdan bəri ən yüksək göstərici olduğu bildirilib.
Son sutkada koronovirusdan qardaş ölkədə 157 nəfər ölüb.
F.Qoca yoluxmanın kəskin artmasına səbəb kimi Omikron ştammını göstərib. Nazir bildirib ki, Omikron daha sürətlə yayıldığı üçün yoluxmanın yaxın günlərdə daha da artacağı gözlənilir.