Hacı Zeynalabdin Tağıyevin heykəli artıq hazırdır. Açılış tarixi ilə bağlı məsləhətləşmələr aparılır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr" mövzusunda keçirilən mətbuat Konfransında deyib.
Onun sözlərinə görə, gələn il açılış tarixi bilinəcək.
"Xatırlatmaq istərdim ki, 2023-cü ildə Zeynalabdin Tağıyevin yubileyinin qeyd edilməsi də nəzərdə tutulur. Yubiley münasibətilə həm ölkə daxilində, həm də xaricdə tədbirlər keçiriləcək", - deyə nazir bildirib.