Koronavirus bədənin əksər orqanlarına, xüsusən ürək və beyinə daxil olaraq 7 aydan çox qala bilir.
Axar.az xəbər verir ki, bu barədə amerialı alimlərin araşdırmasında deyilir.
Alimlər 230 günə yaxın müddətdə müxtəlif anatomik bölgələrdə apardıqları müşahidələr nəticəsində bu qənaətə gəliblər.
Bildirilib ki, hətta yüngül simptomları olmayan xəstələrdə də virus orqanizmdə geniş yayılır.
Bununla belə, elm adamları ağciyərlərdən kənarda heç bir ciddi iltihab aşkar etmədiklərini vurğulayıblar.