İsrail Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün “Paxlovid” dərmanının istifadəsinə icazə verib.
Axar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.
Məlumata əsasən, həmin dərman "Pfizer" şirkəti tərəfindən istehsal edilib:
"Səhiyyə Nazirliyi "Paxlovid" dərmanının istifadəsi üçün təcili icazə verib. Səhiyyə Nazirliyi və "Pfizer" şirkəti Paxlovid dərmanının alınması üzrə müqavilə imzalayıblar. Dərmanın yaxın günlərdə İsrailə göndəriləcəyi gözlənilir".