Sözsüz ki, Türkiyə bölgədə çox vacib oyunçudur, çox yaxın, dost və qardaş əlaqələrimiz mövcuddur.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Baş naziri İrakli Qaribaşvili çıxış edib.
Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olan münasibətlərindən də söz açıb:
“Bizim həm birbaşa, həm də telefonla çoxlu görüşlərimiz və söhbətlərimiz olub. Mən münasibətlərin qorunub saxlanılması, möhkəmləndirilməsi istiqamətində əlimdən gələn hər şeyi edirəm və şadam ki, Türkiyə Prezidenti də eyni əhvaldadır”.