2021-ci ildə dünyanın ən təhlükəli 10 təbii fəlakəti ölkələrin iqtisadiyyatına 170 milyard ABŞ dollarından çox ziyan vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, ötən il təbii fəlakətlərin vurduğu zərər 150 milyard ABŞ dollarını ötəməmişdi. On təbii fəlakətdən üçü ABŞ və Avropada baş verib. Ən güclü fırtına avqust ayında, ABŞ-ın cənub və şərqini vuran "İda" qasırğası olub. Qasırğadan dəyən ziyan 65 milyard ABŞ dolları təşkil edib.
kinci yerdə iyul ayında Avropada baş verən daşqınlar - 43 milyard ABŞ dolları, üçüncü yerdə isə fevralda, Texasda baş verən qar fırtınası qərarlaşıb. Qar fırtınası Texası 23 milyard ABŞ dollar ziyana salıb.