Rusiya və Ukrayna arasındakı gərginlik Moldovaya da təsir edəcək.
Axar.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
“Vəziyyət çox ciddidir, qüvvələr və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm, bu yolu tapmaq olacaq və vəziyyət pisləşməyəcək. Biz də məlumat toplayır, təhlillər aparır və tərəfdaşlarla vəziyyəti müzakirə edirik. Əgər müharibə başlasa, bu bizə də təsir edəcək və regionda hamı üçün çətin vəziyyət yaranacaq”, - Sandu bildirib.