İranın qərbindəki Kirmanşah şəhərində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Milli.Az xəbər verir ki, bu barədə dövlət televiziyası məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.
Yanğının səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.