![]() |
![]() |
Macarıstan və ABŞ ölkə iqtisadiyyatına kömək olacaq, mümkün tariflərin təsirini kompensasiya edəcək iqtisadi əməkdaşlıq paketi üzərində razılaşacaqlar.
Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
Onun fikrincə, iqtisadi paket Macarıstan və ABŞ arasında artıq mövcud olan ittifaqı genişləndirəcək.
Orban əlavə edib ki, belə bir iqtisadi razılaşma ABŞ-la Avropa Birliyi arasında ticarət müharibəsi başlasa belə, Macarıstana yardım edəcək.