Yaponiyanın Miyako adasında 6 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri yerin 40 km dərinliyində Şərqi Çin dənizində qeydə alınıb. Zəlzələ Okinava prefekturasında da hiss olunub.
Tələfat v dağıntı barədə məlumat verilməyib.