Bir daha təkrar edirəm, Donbasdakı vəziyyət müasir Avropa üçün biabırçılıqdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Donbasdakı hadisələri görməzdən gələn beynəlxalq strukturlar da daxil olmaqla, Ukraynanın Qərb kuratorlarını başqa tərəfə baxmağa və ya Kiyevin hərəkətlərinə göz yummağı dayandırmağa çağırırıq”, - deyə Zaxarova bildirib.
O, Minsk razılaşmalarının həyata keçirilməsi üçün Qərbi Kiyevə təsir etməyə səsləyib və bunsuz Donbasda və Avropada davamlı sülhün bərqərar olmayacağını vurğulayıb.