Türkiyə Super Liqasının 18-ci turunda baş tutan "Yeni Malatyaspor"- "Kayserispor"(2:2) oyunundan dərhal sonra insident yaşanıb.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, belə ki, "Yeni Malatyaspor" klubunun prezidenti Adil Gevrek meydana daxil olaraq, oyunun baş hakimi Hüseyin Göçekə hücum çəkib.
O, hakimin oyun ərzində verdiyi qərarlardan narazı qalıb.
Futbolçular və texniki heyətdə olan şəxslər Adil Gevrekin hakimə yaxınlaşmasına imkan verməyiblər.
Öz növbəsində "Yeni Malatyaspor"un azarkeşləri də nəticədən narazı qalıb. Lakin onlar zəif nəticəyə görə, rəhbərliyi günahkar bilib və tribunalardan "İstefa" "Rəhbərlik istefa" şüarları səsləndiriblər.