Çin koronavirusun yaranmasına görə dünyaya təzminat ödəməlidir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Foks Nyus"a müsahibəsində deyib.
"Çin təzminat ödəməli olacaq. Onun bu kompensasiyaları ödəmək üçün kifayət qədər pulu yoxdur. Amma nəsə etməlidirlər. Onların dünyaya etdikləri dəhşətlidir. Dəhşətlidir və bunun sonu yoxdur”, - ABŞ-ın keçmiş prezidenti bildirib.