Ümumdünya Səhiyyə Təşkilatı Pfizer və AstraZeneca koronavirus peyvəndlərinin "omiсron" ştammına qarşı effektivliyinin aşağı olduğunu qeyd edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilat britaniyalı alimlərin apardığı araşdırmaya istinadən məlumat yayıb.
"İngiltərədə aparılan tədqiqatların nəticələri Pfizer-BioNTech Comirnaty və ya AstraZeneca Vaxzevria-nın iki dozasından sonra "Delta" ilə müqayisədə "Omicron" ştammına qarşı peyvəndlərin effektivliyinin əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərir", - deyə təşkilatın bəyanatında bildirilir.
Bununla belə, qeyd olunur ki, Pfizer peyvəndinin gücləndirici dozasının qəbulundan sonra "omicrona" daha effektiv müqavimət müşahidə olunur.