ABŞ-da iki gündür davam edən qasırğa Kentuki, Arkanzas, İllinoys, Missuri və Tennessi ştatlarında insan itkisi və dağıntılara səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu (ARB) Azərbaycanın tibb işçilərini 1 milyondan çox fərdi qoruyucu vasitə ilə təmin edib.
Axar.az xəbər verir ki, bu barədə ÜST ARB-nin Tvitter səhifəsində məlumat paylaşılıb.
“ÜST ARB Avropa İttifaqının vəsaiti hesabına Azərbaycandakı tibb işçilərinə 1 milyondan çox fərdi qoruyucu vasitə, o cümlədən maskalar və əlcəklər təqdim edib. Bacarıqlı və qorunan işçi qüvvəsi səhiyyənin bütün xidmətlərindən istifadənin mümkünlüyü baxımından vacibdir”, - paylaşımda qeyd olunub.
Rusiya gərginliyi azaltmalı, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Gərginliyin aradan qaldırılması üçün diplomatik və siyasi həll variantının tapılması vacibdir. Bu çərçivədə ABŞ və Rusiya prezidentləri arasındakı dialoqdan məmnunuq. NATO müttəfiqləri bu mövzuda danışıqlara davam edəcək. Müttəfiqlər Ukraynaya siyasi dəstək verir”.
Stoltenberq qeyd edib ki, Ukraynanın NATO-ya üzv olub-olmaması ilə bağlı qərar ölkənin öz məsələsidir:
“Əgər Ukrayna üzvlüklə bağlı müraciət edərsə, buna Alyansın 30 müttəfiqi qərar verəcək. Digər ölkələr buna müdaxilə edə bilməz”.
Türkiyədə növbədənkənar seçki iddialarını gündəmə gətirməyi lazımsız hesab edirəm.
Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop jurnalistlərə açıqlamasında deyib.
“Növbədənkənar seçkilni müzakirə çıxarmağın heç bir məntiqi əsasları yoxdur. Mən bu təşəbbüsü lazımsız hesab edirəm. Yeni sistemlə siyasi sabitliyi düşündük və seçkilərin vaxtında keçirilməsini uyğun gördük. Sadəcə olaraq təcili vəziyyətlərdə bu addımlar atıla bilər”, M. Şəntop bildirib.
Ukraynanın ərazi bütövlüyünün pozulması ciddi strateji nəticələrə gətirib çıxaracaq.
Axar.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-İv Lö Drian deyib.
O bildirib ki, Fransa Ukrayna məsələsi ilə bağlı ABŞ-la danışıqlar aparır:
“Bu axşam İngiltərənin Liverpul şəhərində ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdə bu məsələni də müzakirə edəcəyik”.
"Soy" prodakşının rəhbəri, məşhur prodüser Oqtay Əliyev bir neçə gündür sosial şəbəkələr və yerli mediada gündəmi zəbt edən şagirddən yazıb.