Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus “Donbas” gəmisi sərhədi pozmayıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.

"Birincisi, biz heç nəyi pozmamışıq. İkincisi, ABŞ da, Avropa da bizi dəstəkləyir və şəxsən mənə deyirlər ki, sizə afərin, həm Rusiyadan müxtəlif tərəflərin çoxsaylı təxribatlarına, həm də separatçıların informasiya təxribatlarına getmirsən. Ona görə də hər şeyə sakit baxmaq, qışqırmamaq lazımdır. Güclü olmaq, özünüzə və ordunuza arxalanmaq lazımdır", - Zelenski deyib.

Qeyd edək ki, dekabrın 9-da Rusiya xüsusi xidmət orqanı “Donbas” gəmisinin Rusiya qanunvericiliyinə müvafiq olaraq xəbərdarlıq etmədən Azovdan Kerç boğazına istiqamət alması barədə məlumat yayıb.

Ukrayna ordusu isə gəminin beynəlxalq sularda üzdüyünü, heç bir pozuntuya yol vermədiyini bildirib və silahsız gəmidən Rusiyanın bu qədər təşvişə düşməsini anlamadığını bəyan edib.

20 ildən artıqdır ki, terrorla mübarizəyə önəm verən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya və Çinə diqqət yetirmək üçün kəşfiyyat təlimi və təhsilini yenidən müəyyənləşdirməyə başlayır.

Axar.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.

Yayılan məlumata görə, bu dəyişiklik Mərkəzi Kəşfiyyat İdarəsinin ABŞ-dan çox-çox uzaqlarda, xüsusən də Çinin sərmayələrini aktiv şəkildə yönləndirdiyi Qərbi Afrikada yaxşı kəşfiyyat işini təmin etməyə imkan verəcək. İdarəetmə fəaliyyətini təkmilləşdirmək üçün zabitlər konkret coğrafi region üçün ixtisaslarına uyğun təlim keçəcəklər. Yerli dillərin öyrənilməsinə, eləcə də kəşfiyyatçının uzunmüddətli perspektivdə qarşılaşa biləcəyi konkret problemlərin həllinə xüsusi diqqət yetiriləcək.

Bundan əlavə, MKİ daha çox "mandarin" dilində danışanları (Çin dilinin ən çox yayılmış dialekti - red.) cəlb etmək, texnologiyaya sərmayə qoymaq və diqqətini insanlar haqqında məlumat toplamağa yönəltmək niyyətindədir.

30 il iki millətin şüurunda ciddi iz buraxdı. Bir mətləbə gəlmək çətindir, amma, fikrimcə, problemin həlli iqtisadi yaxınlaşmaqdan, nəqliyyat yollarının açılmasından ibarətdir.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko danışıb.

Onun sözlərinə görə, regionun inkişafı iqtisadiyyatla əlaqəlidir:

“Məsələn, Qarabağ erməniləri region ərazisində aparılan tikinti işlərində Azərbaycana köməklik edə bilərlər, bununla da regionda vəziyyətin bərpası istiqamətində addım atmış olacaqlar. İqtisadiyyatdan başqa heç bir mexanizm bu vəziyyəti düzəldə bilməz", - deyə o qeyd edib.