Qərbin öz rəqiblərini sistematik şəkildə məhv etmək istəməsi hər kəsə bəllidir.
Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib.
“Bu vəziyyət Qərbdə dostumuzun olmadığını açıq-aşkar göstərdi. Ali Avrasiya İqtisadi Şurası artıq öz gücünə güvənməlidir. AAİ idxal qabiliyyətini formalaşdırmaq üçün bütün imkanlara sahibdir. Qərbin uşaq bezləri və çipsilərinə köklənməyi dayandırmalıyıq. Biz onları istehsal edə bilərik”, - deyə Lukaşenko bildirib.