20 ildən artıqdır ki, terrorla mübarizəyə önəm verən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya və Çinə diqqət yetirmək üçün kəşfiyyat təlimi və təhsilini yenidən müəyyənləşdirməyə başlayır.
Axar.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.
Yayılan məlumata görə, bu dəyişiklik Mərkəzi Kəşfiyyat İdarəsinin ABŞ-dan çox-çox uzaqlarda, xüsusən də Çinin sərmayələrini aktiv şəkildə yönləndirdiyi Qərbi Afrikada yaxşı kəşfiyyat işini təmin etməyə imkan verəcək. İdarəetmə fəaliyyətini təkmilləşdirmək üçün zabitlər konkret coğrafi region üçün ixtisaslarına uyğun təlim keçəcəklər. Yerli dillərin öyrənilməsinə, eləcə də kəşfiyyatçının uzunmüddətli perspektivdə qarşılaşa biləcəyi konkret problemlərin həllinə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, MKİ daha çox "mandarin" dilində danışanları (Çin dilinin ən çox yayılmış dialekti - red.) cəlb etmək, texnologiyaya sərmayə qoymaq və diqqətini insanlar haqqında məlumat toplamağa yönəltmək niyyətindədir.