Onlar iqtisadi cəhətdən hücum edə bilərlər. Biz də meydanda mübarizə aparacağıq.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Skay Nyus"a açıqlamasında deyib.

“Bunu dediyim üçün üzr istəyirəm, amma xeyli rus əsgəri öləcək və ümid edirik ki, Putin bunun baş verməsini istəməz”, - deyə Kuleba bildirib.

ABŞ bu həftə Ukraynaya silah-sursat göndərəcək.

Axar.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.

“Prezident Bayden 60 milyon dollarlıq müdafiə paketini təsdiqləyib, onun yekun hissəsi bu həftə Ukraynaya göndəriləcək”, - Kirbi deyib.

O vurğulayıb ki, Ukrayna silahlı qüvvələri kiçik çaplı silah-sursatlar alacaq.

ABŞ Dövlət katibi Enton Blinken NATO Baş katibi Yens Stoltenberqlə telefonda danışıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Co Bayden və Vladimir Putin arasında baş tutan söhbətdən və Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə cavab tədbirləri müzakirə olunub.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 1-ci müavini Ramiz Şabanov tutduğu vəzifədən azad olunub.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Ramiz Şabanov bu ilin sentyabrında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunan polis polkovniki Faiq Şabanovun qardaşıdır. YAP-ın Tərtər şöbəsinin sədri olan Ramiz Şabanovun işdən azad edilməsinin səbəbi kimi 44 günlük Vətən müharibəsi günlərində rayonda əhalinin evlərinə, təsərrüfatlarına dəymiş ziyanın doğru-dürüst müəyyən edilməməsi ilə bağlı olduğu deyilir. Bildirilir ki, İcra Hakimiyyətinin Aparat rəhbəri kimi Ramiz Şabanovun səriştəsizliyi, işini düzgün qurmaması müharibə günlərində düşmən mərmi və raketlərinin partlaması nəticəsində dağılmış, zərər görmüş evlərin sahiblərində ciddi narazılıq yaradıb. Ölkə rəhbərliyinə bununla bağlı çoxsaylı müraciətlər və şikayətlər göndərilib. Nəticədə Ramiz Şabanov tutduğu vəzifədən çıxarılıb.

Yerli qaynağımız qeyd edir ki, yaxın günlərdə başçının sosial iqtisadi məsələlər üzrə müavini Abbas Cavadovun, ərazi idarəetmə orqanları ilə iş şöbəsini müdiri Fizuli Əliyevin və memarlıq və tikinti şöbəsinin müdiri Tofiq Kərimovun də tutduqları vəzifədən azad ediləcəkləri gözlənilir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi günlərində düşmən Tərtər şəhərini və ətraf yayıyış məntəqələrini intensiv artilleriya atəşinə tutub. Ümumilikdə rayonun ərazisinə 13 min 136 mərmi düşüb. Nəticədə 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tam dağılıb, 50-nə isə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyektə, 8 istehsal obyektinə, 44 ticarət mərkəzi və 18 inzibati binaya ziyan dəyib.

Biz ABŞ-a deyirik ki, terrora qarşı birləşək, digər tərəfdən terrorçulara silah, sursat və hər cür yardım edirsən. Bu necə dostluqdur, NATO-da necə həmrəylikdir? Bizə bunun cavabını verin!

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hərbçilərinin Hasekə bölgəsində PKK/YPG terrorçularına təlim keçməsi ilə bağlı danışarkən deyib.

“Təbii ki, bunlar bizə cavab verə bilməzlər. Biz Baydenlə yeni görüşmüşük. Xarici işlər nazirimiz bu barədə həmsöhbəti ilə danışır. Onlara da bunlar deyilir. Təəssüf ki, bütün bunlara baxmayaraq, Amerika yanlış siyasət aparır. Biz bunu onlara deməyə yenə davam edəcəyik. Çünki nə Cudidə, nə Qabarda, nə Təndürəkdə, nə Bestler-Dərələrdə, ağlınıza hara gəlirsə gəlsin, biz burada terrora qarşı mübarizəmizi heç vaxt dayandırmayacağıq", - deyə Ərdoğan bildirib.