Biz ABŞ-a deyirik ki, terrora qarşı birləşək, digər tərəfdən terrorçulara silah, sursat və hər cür yardım edirsən. Bu necə dostluqdur, NATO-da necə həmrəylikdir? Bizə bunun cavabını verin!
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hərbçilərinin Hasekə bölgəsində PKK/YPG terrorçularına təlim keçməsi ilə bağlı danışarkən deyib.
“Təbii ki, bunlar bizə cavab verə bilməzlər. Biz Baydenlə yeni görüşmüşük. Xarici işlər nazirimiz bu barədə həmsöhbəti ilə danışır. Onlara da bunlar deyilir. Təəssüf ki, bütün bunlara baxmayaraq, Amerika yanlış siyasət aparır. Biz bunu onlara deməyə yenə davam edəcəyik. Çünki nə Cudidə, nə Qabarda, nə Təndürəkdə, nə Bestler-Dərələrdə, ağlınıza hara gəlirsə gəlsin, biz burada terrora qarşı mübarizəmizi heç vaxt dayandırmayacağıq", - deyə Ərdoğan bildirib.