Boy genetik faktordur.

Adətən boyu hündür olan valideynlərin uşaqları da hündür olar. Lakin bəzən çox hündür boy hər hansı xəstəliyin və ya patologiyanın (genetik xəstəliklər, hormonal pozulmalar, bəzi şişlər və s.) simptomu ola bilər.

Belə patologiyalar arasında Marfan sindromudur.

Marfan sindromu çox ciddi genetik xəstəlikdir. Bu xəstəlik zamanı orqanizmdə birləşdirici toxuma zədələnmiş olur. Birləşdirici toxuma bir çox orqan və sistemlərdə mövcuddur ki, bu da xəstədə müxtəlif pozulmalara səbəb olur - iri damarlar, ürək qapaqları, gözlər, skelet, əzələlər zədələnir.

İlk dəfə xəstəliyin simptomlarını franız pediatr Marfan araşdırıb ki, xəstəlik də bu həkimin adını daşışıyır.

Xəstəliyin simptomları arasında:

- hündür boy (2 m yaxın və bundan hündür)

- qısa bədən, çox uzun nazik qollar və ayaqlar

- uzun barmaqlar (hörümçəyə bənzəyir)

- oynaqların həddindən artıq hərəkətliliyi

- əzələ zəifliyi

- bud-çanaq oynağının quruluşunun anomaliyaları

- kifoz, skolioz

- döş qəfəsinin deformasiyası

- yastıpəncəlik

- kiçik aşağı çənə, dişlərin anomaliyaları

- qasıq yırtıqları, bağların tez-tez yırtılması

- aorta patologiyaları, ürək qüsurları, arteriyaların daralması. Bunların nəticəsində xəstədə aritmiya,  ürək çatışmazlığı inkişaf edə bilər.

- görmənin pozulması, çəpgözlük, göz büllurunun burulması, göz damarlarının patologiyaları. Bütün bunlar xəstələrdə korluğun inkişafına səbəb ola bilər.

Bir xəstədə bu simptomların bəziləri olmaya bilər. Lakin hündür boy, uzun ayaqlar və qollar, hörümçəyə oxşayan barmaqlar Marfan sindromunun "vizit kartıdır".

Marfan sindromu tam müalicə olunmur - mutasiyaya uğramış geni dəyişmək mümkün deyil. Lakin müəyyən müalicə tədbirlərin köməyi ilə xəstəliyin simptomlarını azaltmaq, xəstənin həyatını uzatmaq mümkündür. Xəstə daim həkimlərin nəzarəti altında olmalı, lazım olan müalicə almalıdır. Bəzi fəsadların inkişafı zamanı cərrahi müalicə tətbiq oluna bilər.

Xəstəliyin diaqnozu vaxtında qoyulmalıdır. Bu çox vacibdir. Lazım olan müalicə almayan xəstə 30-40 yaşında xəstəliyin fəsadlarından həyatını itirə bilər.

Marfan sindromu nadir xəstəlik sayılır. Maraqlıdır ki, məşhur insanların arasında bu sindroma tez-tez təsadüf edilir. Marfan sindromu olan məşhurlar: tanınmış skripkaçı Nikkolo Paqanini, yazıçı Hans Xristian Andersen, Amerika prezidenti Avraam Linkoln, Fransa prezidenti Şarl de Qoll və bəzi digərləri.

26 Noyabr 2024 Şoyqu Əfqanıstanda: Taliblərlə görüşdü...
26 Noyabr 2024 Putin onların maaşını iki dəfədən çox artırdı
26 Noyabr 2024 Bunsuz müharibə bitməyəcək - Kiyev
26 Noyabr 2024 Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır
25 Noyabr 2024 Bu hədəfə doğru irəliləyirik - Ərdoğan
25 Noyabr 2024 Qadın meşədə qara truffle aşkar edib
25 Noyabr 2024 Kiyevə verilən bu minalar çox təhlükəlidir - Quterreş
25 Noyabr 2024 Netanyahu Hizbullahla atəşkəsi təsdiqlədi
25 Noyabr 2024 Miqrantlar Nyu Yorkdan qaçır: Tramp elan etmişdi
25 Noyabr 2024 Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
25 Noyabr 2024 Hindistandan Ukrayna açıqlaması: Bunu dəstəkləyirik!
25 Noyabr 2024 Putin onu xüsusi nümayəndə təyin etdi
25 Noyabr 2024 Gürcü arzusunun qulları – Zurabişvili təhqir etdi
25 Noyabr 2024 Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır - Ryabkov
25 Noyabr 2024 Çiy süddə quş qripi aşkarlandı
25 Noyabr 2024 Hindistan Ermənistana reaktiv atəş sistemləri göndərdi
25 Noyabr 2024 Tramp transgenderləri ABŞ ordusundan qovacaq
25 Noyabr 2024 Türkiyə və Rusiya arasında problem...
25 Noyabr 2024 Türkiyədə mədəndə torpaq sürüşməsi: ölənlər var
25 Noyabr 2024 İsrail ordusu HƏMAS-ın batalyon komandirini məhv etdi
25 Noyabr 2024 Türkiyədə məsciddə qətl: İmam bıçaqlanaraq öldürüldü
25 Noyabr 2024 Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçildi
25 Noyabr 2024 Netanyahu həbs yox, edam edilməlidir - Xamenei
25 Noyabr 2024 Türkiyədə təyyarə yanğını: Rus diplomatlar gəldi
25 Noyabr 2024 Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
25 Noyabr 2024 Almaniya hazır olsun, Putin müharibəyə başlayır - Şleqel
22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi