Əgər ötən il Belarusda hakimiyyətə müxalifət gəlsəydi, respublika mövcud olmayacaqdı.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Məğlub olsaydıq, böyük səhv buraxardıq. Ölkə sadəcə olaraq mövcud olmazdı. Onlar bir gündə hakimiyyətə gəlsəydilər, Smolensk yaxınlığında artıq NATO bloku olardı. Konstitusiya prezidentə bunu etməyə icazə verir. Onların adamı hakimiyyətdə olsaydı, bundan istifadə edərdilər. Ona görə də biz çalışırıq ki, konstitusiyaya hansısa yolla düzəliş edək”, - Lukaşenko bildirib.

Qətər xarici işlər naziri, qardaşım Şeyx Məhəmmədlə 7-ci Yüksək Səviyyəli Strateji Şuranın toplantısına hazırlıq gördük. Müdafiə, iqtisadiyyat, təhsil, mədəniyyət və səhiyyə kimi bütün sahələrdə əməkdaşlığımızı dərinləşdiririk.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.

"Əfqanıstan, Liviya və Suriya kimi regional məsələləri də müzakirə etdik", - deyə Çavuşoğlu bildirib.

Ermənistanda KTMT-dən və Avrasiya İttifaqından çıxmaq çağırışlarının yenidən gücləndiyi, Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dönəmdə Azərbaycandan da Rusiyaya qarşı cəbhə açmaq, antirus isterikasını körükləmək heç də ağıllılıq və ya vətənpərvərlik əlaməti deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.

O bildirib ki, Paşinyan hakimiyyətinin varlığına Ermənistandakı son qalası kimi baxan Qərbin Azərbaycanda illər uzunu yedirib-bəslədiyi şəbəkəsini də çox aktiv şəkildə hərəkətə gətirməklə, emosional millətçi-vətənpərvər kəsimin Rusiyaya qarşı ənənəvi mənfi münasibətini qızışdırmağa, münasibətləri qəsdən gərginləşdirməyə və beləliklə də Rusiyanın Azərbaycan vasitəsiylə Paşinyan hakimiyyətinə növbəti təzyiq dalğasını neytrallaşdırmağa çalışdığı aşkar görünür:

“İndi Paşinyana ən böyük ictimai dəstəyi və rəğbəti Azərbaycandakı Qərb şəbəkəsi ifadə edir: Demokratiya Sammiti və sülh danışıqları öncəsi Paşinyandan “böyük demokrat” və “Rusiyaya qarşı dirəniş göstərən qəhrəman”, Əliyevdən isə “Putinə xidmət edən avtoritar lider” obrazı yaratmağa çalışaraq, Qərbin qarşıdakı dönəmdə Azərbaycan hakimiyyətini sıxışdırması üçün bütün variantlara əl atır, təkzibedilməz “dəlil-sübutlar” hazırlayırlar...”

Politoloqun sözlərinə görə, adamların bir çoxu hələ də anlamaq istəmir ki, son 30 ildə ilk dəfədir, Rusiya ilə Azərbaycan arasında maraqların üst-üstə düşməsi sarıdan bu qədər yaxınlıq müşahidə edilir. Və məhz bu üst-üstə düşən maraqlar səbəbindən 44 günlük Qarabağ savaşında Rusiya nəinki öz hərbi müttəfiqi Ermənistanın arxasından çəkildi, Şuşa işğaldan azad edilənədək prosesə müdaxilə etmədi, hətta hərbi əməliyyatların gedişi dövründə prezident Putin səviyyəsində “Azərbaycan hərbi əməliyyatları öz ərazisində aparır” bəyanatını səsləndirməklə öz tarixi müttəfiqindən aşkar dəstək gözləyən Ermənistana çox ciddi psixoloji zərbə vurmuş oldu:

“İndi sülh danışıqlarının da ən kritik, həlledici mərhələsi başlayıb, “Qarabağ ittifaqı” - Rusiya-Türkiyə-Azərbaycan üçlüsü bu prosesi tezliklə sülh sazişiylə yekunlaşdırmağa çalışır. Yenə də Rusiya və Türkiyə Azərbaycanla, Qərb isə Ermənistanla bir hərəkət edir. Daha konkret desək, bu danışıqlarda Azərbaycanın uğurunu istəyənlər Əliyevlə birgədirlər, Ermənistanın uğurunu istəyənlər isə Paşinyanla...

“Demokrat Paşinyan”ı müdafiə etmək, "avtoritar Əliyev"ə qarşı çıxmaq adı altında erməni dəyirmanına su tökənlərdən olmayın! Bir gün bunun da hesabını verməli olacaqsınız!”

Şimali Koreya lideri Kin Çen İnlə qeyd-şərtsiz danışıqlara getməyə hazıram.

Axar.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Fumio Kisida deyib.

“Heç bir şərt irəli sürmədən Kim Çen İnlə birbaşa əlaqə yaratmağa hazıram. Bədbəxt bir keçmişin üstündən xətt çəkmək və Yaponiya ilə Şimali Koreya arasında münasibətləri normallaşdırmağa çalışmaq lazımdır”, - baş nazir bildirib.

İki il yarım əvvəl mənə dedilər ki, konstitusiyaya görə, prezidentliyim üçün heç bir məhdudiyyət yoxdur. “Son seçkidə seçicilərin demək olar ki, 98%-i sizə səs verib. Bu postda işləməyə davam edin”. Amma məncə, hər şeyin öz vaxtı və öz növbəsi var.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Müstəqillik dərsləri” məqaləsində deyib.

Eks-prezident bildirib ki, 30 il hakimiyyətdə olduğu müddətdə o, çoxlu layiqli tələbələr yetişdirib, onlardan biri ölkəyə rəhbərlik edən Qasım-Jomart Tokayevdir:

“O, əsl vətənpərvər və yüksək peşəkardır, həm də yol yoldaşıdır. Prezidentlər dəyişəcək, lakin müstəqilliyimiz əbədi olaraq qalmalıdır. Bunun üçün hər bir qazaxıstanlı öz əsaslarını möhkəmləndirməyə, qüdrətini artırmağa, yaxşı adını qorumağa çağırılır”, - deyə Nazarbayev qeyd edib.

O əlavə edib ki, müstəqillik illərində Qazaxıstan bütün dünyanın hörmət etdiyi ölkəyə çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Ghebreyesus COVID-19-un "omikron" ştammı səbəbindən Afrikanın cənub ölkələrinə birbaşa uçuşlara məhdudiyyətlər qoyan dövlətləri tənqid etdi.

Ardını oxu...