NATO ölkələri Ukrayna uğrunda döyüşməyəcək. Çünki o, alyansın üzvü deyil.
Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.
“Bu o deməkdir ki, müqavilənin 5-ci maddəsi ona şamil edilmir və alyansın Ukraynanı müdafiə etmək öhdəliyi yoxdur. Buna görə də Ukrayna Qərbi açıq-aydın qaçqınlarla qorxutmağa çalışır. Kiyevdə başqa arqumentlər yoxdur”, - Puşkov qeyd edib.