Keçmiş respublikaçı senator, ABŞ prezidentliyinə namizəd Bob Doul 98 yaşında ölüb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Qeyd edək ki, Bob Doul ermənipərəst mövqeyilə seçilirdi. 2019-cu ildə Ermənistan Prezidenti Armen Sərkisyan Respublikaçılar Partiyasının keçmiş senatoru, ermənilərin maraqlarının müdafiəçisi və lobbiçisi Bob Doulun dövlət mükafatı ilə təltif edilməsi haqqında fərman imzalamışdı.