Şimali Koreya lideri Kin Çen İnlə qeyd-şərtsiz danışıqlara getməyə hazıram.
Axar.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Fumio Kisida deyib.
“Heç bir şərt irəli sürmədən Kim Çen İnlə birbaşa əlaqə yaratmağa hazıram. Bədbəxt bir keçmişin üstündən xətt çəkmək və Yaponiya ilə Şimali Koreya arasında münasibətləri normallaşdırmağa çalışmaq lazımdır”, - baş nazir bildirib.