Qətər xarici işlər naziri, qardaşım Şeyx Məhəmmədlə 7-ci Yüksək Səviyyəli Strateji Şuranın toplantısına hazırlıq gördük. Müdafiə, iqtisadiyyat, təhsil, mədəniyyət və səhiyyə kimi bütün sahələrdə əməkdaşlığımızı dərinləşdiririk.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
"Əfqanıstan, Liviya və Suriya kimi regional məsələləri də müzakirə etdik", - deyə Çavuşoğlu bildirib.