İki il yarım əvvəl mənə dedilər ki, konstitusiyaya görə, prezidentliyim üçün heç bir məhdudiyyət yoxdur. “Son seçkidə seçicilərin demək olar ki, 98%-i sizə səs verib. Bu postda işləməyə davam edin”. Amma məncə, hər şeyin öz vaxtı və öz növbəsi var.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Müstəqillik dərsləri” məqaləsində deyib.

Eks-prezident bildirib ki, 30 il hakimiyyətdə olduğu müddətdə o, çoxlu layiqli tələbələr yetişdirib, onlardan biri ölkəyə rəhbərlik edən Qasım-Jomart Tokayevdir:

“O, əsl vətənpərvər və yüksək peşəkardır, həm də yol yoldaşıdır. Prezidentlər dəyişəcək, lakin müstəqilliyimiz əbədi olaraq qalmalıdır. Bunun üçün hər bir qazaxıstanlı öz əsaslarını möhkəmləndirməyə, qüdrətini artırmağa, yaxşı adını qorumağa çağırılır”, - deyə Nazarbayev qeyd edib.

O əlavə edib ki, müstəqillik illərində Qazaxıstan bütün dünyanın hörmət etdiyi ölkəyə çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Ghebreyesus COVID-19-un "omikron" ştammı səbəbindən Afrikanın cənub ölkələrinə birbaşa uçuşlara məhdudiyyətlər qoyan dövlətləri tənqid etdi.

Ardını oxu...

İlkin məlumatlar koronavirusun Omikron ştammı ilə yoluxanların xəstəliyi daha yüngül formada keçirtdiyini göstərir.

Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove deyib.

Onun sözlərinə görə, Omikron ştammının səbəb olduğu xəstəliyin ağır olma dərəcəsinə dair məlumatlar hər gün yenilənir:

"İlkin məlumatlar göstərir ki, Omikron ştammına yoluxan insanlar adətən xəstəliyi daha yüngül fornada keçirirlər, lakin bu barədə danışmaq hələ tezdir".

ABŞ dünən Mahmur rayonunda 10 peşmərgənin və 3 mülki vətəndaşın ölümü ilə nəticələnən hücum daxil olmaqla, İraqda İŞİD hücumlarının artmasından narahatdır. Bu hücumlarda ölən və yaralananların ailələrinə başsağlığı veririk.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

O, ölkəsinin İŞİD-i məğlubiyyətə uğratmaq səyləri çərçivəsində İraqda peşmərgə və İraq təhlükəsizlik qüvvələrini dəstəkləməyə davam edəcəklərini bildirib.

Dünya yeni bir formatın içərisindədir: "5+1" - Türkiyə bloku.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli sosioloq, araşdırmaçı və analitik Kaan Sarıaydın çıxış edib.

Kaan Sarıaydın bəhs etdiyi blokun Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyə, İran Rusiyadan ("3+3" formatı - red.) ibarət olduğunu söyləyib:

"Şükürlər olsun ki, bu format gerçəkləşəcək, heç kim şübhə etməsin. Yeni dünyanı "oxuya" bilməyənlər, iqtisadiyyatın nə olduğunu bilməyənlər, dollarla yatıb-duranlar bu prosesdə peşmançılıq yaşayacaqlar".

Türkiyəli araşdırmaçı artıq dolların təhlükəsizlik zəmanəti olmadığını bildirib:

"Türkiyə dünyada söz sahibi olan güclü bir ölkədir və bu proses sürətlə davam edəcək. Dollar və küçə əməliyyatları keçməyəcək. Dollar daha təhlükəsiz sığınacaq deyil. Bu, hətta liman deyil. Gəminizi orada saxlamayın, çünki üzülərsiniz.

Ən güclü liman - istehsaldır, torpaq - fabrikdir. Gələcəkdə dünyanın kapital gücü Türkiyəni ilk beşlikdə göstərərkən, küçədə qazan-tava oğurlayanlara rəğbət bəsləməyin, aldanmayın".