Dünya yeni bir formatın içərisindədir: "5+1" - Türkiyə bloku.
Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli sosioloq, araşdırmaçı və analitik Kaan Sarıaydın çıxış edib.
Kaan Sarıaydın bəhs etdiyi blokun Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyə, İran Rusiyadan ("3+3" formatı - red.) ibarət olduğunu söyləyib:
"Şükürlər olsun ki, bu format gerçəkləşəcək, heç kim şübhə etməsin. Yeni dünyanı "oxuya" bilməyənlər, iqtisadiyyatın nə olduğunu bilməyənlər, dollarla yatıb-duranlar bu prosesdə peşmançılıq yaşayacaqlar".
Türkiyəli araşdırmaçı artıq dolların təhlükəsizlik zəmanəti olmadığını bildirib:
"Türkiyə dünyada söz sahibi olan güclü bir ölkədir və bu proses sürətlə davam edəcək. Dollar və küçə əməliyyatları keçməyəcək. Dollar daha təhlükəsiz sığınacaq deyil. Bu, hətta liman deyil. Gəminizi orada saxlamayın, çünki üzülərsiniz.
Ən güclü liman - istehsaldır, torpaq - fabrikdir. Gələcəkdə dünyanın kapital gücü Türkiyəni ilk beşlikdə göstərərkən, küçədə qazan-tava oğurlayanlara rəğbət bəsləməyin, aldanmayın".