Qərb ölkələri Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan, Liviya və Suriyadakı məsələlərə öz maraqlarından baxır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

Kalın Qərbin öz mənafeyi üçün sözügedən bölgələrə 3 prizmadan yanaşdığını qeyd edib:

“Birincisi, terrorla mübarizə, ikincisi miqrasiya, üçüncüsü isə enerji məsələsi. Hansısa ölkədən terror təhlükəsi yoxdursa, o ölkəyə elə baxırlar ki, sanki problem mövcud deyil; immiqrantlara yalnız statistika kimi yanaşırlar. Enerji məsələsinə isə baxışı belədir: “Biz bundan öz xeyrimizə necə istifadə edə bilərik?"

“Peqasus” dinləmə sisteminin xarici ölkələrdə fəaliyyət göstərən 11 amerikalı diplomatın telefonlarına yükləndiyi iddia edilib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Həmin diplomatların Uqanda və Şərqi Afrika ölkələrində çalışdığı deyilir.

Qəzet məsələ ilə bağlı Amerika Milli Təhlükəsizlik Şurasının açıqlamasından da xatırlatma gətirib:

“Casus tətbiqlərinin amerikalı diplomatlar üçün ciddi əks-kəşfiyyat və təhlükəsizlik təhdidi yaratmağından narahatıq. Bayden rəhbərliyinin bəzi şirkətləri qara siyahıya salmasının səbəblərindən biri də budur”.

Taliban rəhbərliyi Əfqanıstanda qadınların hüquqları ilə bağlı fərman imzalayıb.

Axar.az xəbər verir ki, fərmanın mətnini Taliban hərəkatının rəsmisi Zəbiullah Mücahid Tvitter səhifəsində yayımlayıb.

Taliban hərəkatının ali lideri Heybətullah Axundzadə tərəfindən imzalanan fərmanda qeyd olunub ki, qadını zorla ərə vermək qadağandır. Qadın kişilər arasında barışıq və ya düşmənçiliyə son qoyulması predmeti ola bilməz.

Fərmanda həmçinin bildirilib ki, əri öldüyü təqdirdə dul qadın onun əmlakının bir hissəsinə yiyələnmək hüququna malikdir. Bundan başqa dul qadın öz gələcək həyatını da özü təyin edə bilər, istəsə, ikinci dəfə ərə gedə bilər.

Ötən gün ReAL İH üzvü, iqtisadçı ekspert Natiq Cəfərlinin Tofiq Yaqublu olayı ilə bağlı yazdığı status böyük qalmaqala səbəb olub.

Axar.az xəbər verir ki, Natiq Cəfərli 14 zabitimizin dəfn mərasiminin keçirildiyi zaman aksiyaya cəhd edilməsini doğru saymasa və piketin təxirə salınması gərəkdiyini desə də, ümumilikdə T.Yaqublunun döyülməsinə qarşı çıxmış, bunu təxribat adlandırmış və ittihamlar irəli sürmüşdü.

N.Cəfərlinin öz fikirlərini paylaşmasından sonra ona qarşı ağır söyüş və təhqirlərlə böyük hücum kampaniyası başlayıb. N.Cəfərli hətta demədiyi sözə və işlətmədiyi ifadəyə görə atasının və ailəsinin təhqir olunduğunu əks etdirən skrinlər də paylaşıb.

Ekspert bildirib ki. bütün bunların təşkilatçısı AXCP rəhbərliyidir. O, AXCP rəhbərliyindən “hürdürdüyü itləri” geri çəkməyi, ailəsinə ağır söyüşləri dayandırmağı tələb edib.

Rusiya Prezidenti Vladimir Putin mədəndə işləyənlərin iş şəraiti ilə bağlı hesabata kəskin reaksiya verib və xatırladıb ki, hələ 2010-cu ildə mədənçilərin təhlükəsizliyini təmin etmək üçün göstərişlər verib.

Axar.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri yazıb.

“Onlar risk edirlər. Biz isə elə şərait yaratmalıyıq ki, riskə ehtiyac olmasın. Bizim 2010-cu ildə verdiyimiz qərarların mənası bu idi”, - Putin yumruğunu masaya çırparaq deyib.

İstintaq orqanlarının hesabatını oxuyan Putin bildirib ki, “Listvajnaya” şaxtasında baş vermiş qəzadan əvvəl qaz sensorlarının göstəriciləri saxtalaşdırılıb:

“Qazın normadan artıq çirklənməsi faktının gizlədilməsi üçün sistemli tədbirlər həyata keçirilib, bu məlumatlar saxtalaşdırılıb. Bunu kimsə edib. Nə üçün? Daha çox çıxarmaq və xaricə göndərmək üçün? Nəticə nə oldu? Faciə. İndi hamımız başımızı aşağı salıb oturmuşuq”.

Qeyd edək ki, noyabrın 25-i səhər 285 nəfərin olduğu “Listvajnaya” mədənində tüstülənmə və partlayış baş verib. Hadisə nəticəsində 52 nəfər ölüb.

"Keşlə"nin futbolçusu Rail Məlikovun atası Nadir Məlikov dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Sənan Qurbanov məlumat yayıb.

S.Qurbanov bildirib ki, mərhum koronavirusdan vəfat edib:

“N.Məlikov bir müddət öncə infeksiyaya yoluxmuşdu”.

Noyabrın 28-də ölkədə keçirilən parlament seçkilərinin saxtakarlıqla keçirildiyi sübuta yetirilərsə, istefa verməyə hazıram.

Axar.az xəbər verir ki, bunun Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

“Əgər MSK, bütün məntəqə seçki komissiyalarının üzvləri bəyan etsələr ki, hakimiyyət tərəfindən təzyiqlər olub və onlar səsləri oğurlamaq məcburiyyətində qalıblar, mən dərhal istefa verəcəyəm”, - Prezident bildirib.

Onun sözlərinə görə, səsvermənin nəticələrinin saxtalaşdırılması texniki cəhətdən mümkün deyil.