Taliban rəhbərliyi Əfqanıstanda qadınların hüquqları ilə bağlı fərman imzalayıb.
Axar.az xəbər verir ki, fərmanın mətnini Taliban hərəkatının rəsmisi Zəbiullah Mücahid Tvitter səhifəsində yayımlayıb.
Taliban hərəkatının ali lideri Heybətullah Axundzadə tərəfindən imzalanan fərmanda qeyd olunub ki, qadını zorla ərə vermək qadağandır. Qadın kişilər arasında barışıq və ya düşmənçiliyə son qoyulması predmeti ola bilməz.
Fərmanda həmçinin bildirilib ki, əri öldüyü təqdirdə dul qadın onun əmlakının bir hissəsinə yiyələnmək hüququna malikdir. Bundan başqa dul qadın öz gələcək həyatını da özü təyin edə bilər, istəsə, ikinci dəfə ərə gedə bilər.