Ötən gün ReAL İH üzvü, iqtisadçı ekspert Natiq Cəfərlinin Tofiq Yaqublu olayı ilə bağlı yazdığı status böyük qalmaqala səbəb olub.
Axar.az xəbər verir ki, Natiq Cəfərli 14 zabitimizin dəfn mərasiminin keçirildiyi zaman aksiyaya cəhd edilməsini doğru saymasa və piketin təxirə salınması gərəkdiyini desə də, ümumilikdə T.Yaqublunun döyülməsinə qarşı çıxmış, bunu təxribat adlandırmış və ittihamlar irəli sürmüşdü.
N.Cəfərlinin öz fikirlərini paylaşmasından sonra ona qarşı ağır söyüş və təhqirlərlə böyük hücum kampaniyası başlayıb. N.Cəfərli hətta demədiyi sözə və işlətmədiyi ifadəyə görə atasının və ailəsinin təhqir olunduğunu əks etdirən skrinlər də paylaşıb.
Ekspert bildirib ki. bütün bunların təşkilatçısı AXCP rəhbərliyidir. O, AXCP rəhbərliyindən “hürdürdüyü itləri” geri çəkməyi, ailəsinə ağır söyüşləri dayandırmağı tələb edib.