Hindistanın Uttar Pradeş ştatında məktəblərdən birinə vəhşi bəbir daxil olub. Sinif otağına gırən yırtıcı 10 yaşlı şagirdi yaralayıb.
Vəhşi heyvan sınıf otağında qapadılıb və aidiyyəti qurumlara xəbər verilib. Yerli zooloqlar bəbirin yaxınlıqdakı meşəlikdən gəldiyini bildiriblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Madhya-Pradeş ştatında isə bəbir ailəyə hücum edib. Yırtıcı heyvan dişləri ilə səkkiz yaşlı oğlandan yapışaraq meşəyə tərəf qaçıb. Uşağın anası da onun arxasınca qaçıb. Təxminən bir kilometr qaçan heyvan meşədə dayanıb və caynaqları ilə uşağı yerə sıxıb. Hindistanlı qadın özünü bəbirin üstünə atıb və yalın əlləri ilə oğlunu ondan ala bilib.
Milli.Az