"Qızıl top" gecəsi xoşbəxt olduğumu deyə bilmərəm, məyusluq keçirmişdim.
İsraildə azərbaycanlı biznesmen Telman İsmayılovun ailəsinin iki evinə həbs qoyulub.
Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, daşınmaz əmlakın qiyməti 3 milyon dollar olaraq qiymətləndirilir.
Təl-Əviv məhkəməsi BM-Bankın iddiası üzrə məsələ ilə bağlı qərar verib.
Telman İsmayılovun özü Monteneqroda olduğundan bütün rəsmi proseslərin icrası bir qədər vaxt tələb edib. Sənədlər İsrail və Monteneqro arasında gedib-gələrkən, Telman İsmayılov daşınmaz əmlakı oğlu Ələkbər İsmayılova verib.
Lakin BM-Bank məhkəmə yolu ilə bu əmlakın barəsində həbs tədbirinin seçilməsinə nail olub. İndi proses İsmayılovun oğlu ilə davam etdiriləcək. Məhkəmə prosesi çərçivəsində BM-Bank Təl-Əvivdəki evlərin qanunsuz olaraq özgəninkiləşdirildiyini sübut etməyə çalışacaq.
Xatırladaq ki, T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib.
Zəngəzur dəhlizinin açılması Türkiyənin digər türk dövlətləri ilə əlaqələr qurmasına zəmin yaradacaq.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş dekabrın 7-də İstanbulda Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
“Biz müharibədən sonra imzalanan sənədlərin icra edilməsini arzulayırıq. Bunun üçün də Ermənistan erməni lobbisinin göstərdiyi istiqamətlərdə deyil, Ermənistanda yaşayan erməni xalqının mənfəətinə uyğun şəkildə davranmalı və Cənubi Qafqazda sülhə töhfə verməlidir. Çünki Fransa, ABŞ və başqa yerlərdəki erməni lobbilərinin “havası” başqadır, Ermənistan reallığı isə başqadır”, - o vurğulayıb.
Qeyd edək ki, Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir.
Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanda olan erməni əsirlər (16 Noyabr döyüşlərində əsir alınanlar – red.) haqda çıxışının görüntüləri ortaya çıxıb.
Axar.az xəbər verir ki, kadrlarda söhbətin hansısa rəsmi qəbul zamanı aparıldığı görünür.
Simonyan digər iki nəfərlə erməni əsirləri müzakirə edir.
“Mənim üçün o əsirlər yoxdur. Bilirsiniz o əsirlər kimlərdir? Onlar silahlarını atıb qaçanlar və azanlardır. Mən bu haqda açıq danışa bilmərəm. Bəs, sizə maraqlı deyil ki, onların ailələri niyə fəallıq göstərmirlər? Çünki onlar da bilirlər ki, əsgərlər fərarilik edib. Silahlarını qoyub qaçdılar, əsir düşdülər”, - Simonyan bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun düşmən təxribatına cavab olaraq 16 noyabr 2021-ci ildə sərhəddə keçirdiyi əməliyyat zamanı bir neçə strateji yüksəklik və düşmənin iki postu nəzarətə alınmış, erməni ordusu 25 itki vermiş, eyni zamanda, erməni əsgərləri əsir götürülmüşdü.
Azərbaycan 16 noyabrda əsir götürülənləri (10 hərbçi) 4 dekabrda geri qaytarıb və mina xəritələrini alıb.
Zaqatalada zəlzələ olub.
Özbəkistanın Denau şəhərində ticarət mərkəzində partlayış olub.
Milli Məclisin eks-spikeri, keçmişdə Azərbaycan müxalifətinin liderlərindən biri, mühacirətdə olan Rəsul Quliyev Azərbaycana qayıtmasını istisna etməyib.
ABŞ son həftələr Ukrayna sərhədləri yaxınlığında rus qoşunların qeyri-adi toplaşmasını müşahidə edir.
Axar.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Berns “Uol Strit Jurnal”a müsahibəsində deyib.
MKİ rəhbərinin sözlərinə görə, ABŞ Prezidenti Co Bayden onu noyabr ayında Ağ Evin Ukrayna ilə bağlı ciddi narahatlığını birbaşa Rusiya hakimiyyətinə çatdırmaq üçün Moskvaya göndərib.
Berns onu da bildirib ki, Bayden bazar ertəsi vəziyyəti müzakirə etmək üçün ABŞ-ın əsas müttəfiqləri ilə danışıb.