Ukraynada vəziyyətin deeskalasiyası üçün ABŞ, NATO və Rusiyanın narahatlığına cavab verən danışıqlar yolu olmalıdır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan çıxış edib.
"Donbas məsələsində, Minsk razılaşmalarında, "Norman formatı"nda diplomatiyada irəliləyişə nail ola biləcəyimiz alternativ yol olmalıdır ki, bu yolla NATO, Amerika və Rusiyanın təhlükəsizlik problemlərini müzakirə edək”, - Sallivan qeyd edib.