Ermənistanın cənubunda yerləşən hərbi hissələrindən birində 10 dekabr saat 19:30 radələrində atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Atışma nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb, daha iki əsgər isə yaralanıb.
Atəş açan əsgərin (və ya əsgərlərin) adı açıqlanmayıb.
Vətən müharibəsi dövründə qardaş Türkiyə və Azərbaycanın media nümayəndələrinin çiyin-çiyinə, birgə fəaliyyət göstərməsini və mesajlarımızın Türkiyə mediası üzərindən beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusi vurğulamalıyam. Xüsusilə də, kontent yaradılmasının, foto, video elementlərin canlı şəkildə hazırlanaraq hər iki mediada təqdim olunmasını qeyd etmək istərdim.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir:
"Müasir dünyada ölkələrin brendinin yaradılması tendensiyası da strateji kommunikasiyanın tərkib hissələrindən biridir. Gördüyümüz kimi, müharibədən sonrakı dövrdə də Ermənistanın Azərbaycana qarşı təbliğatı, qara piar kampaniyası davam etməkdədir. Azərbaycanı tamamilə başqa formada təqdim etməyə çalışırlar. Ona görə də Azərbaycan dünyaya milli brendi ilə daxil olmaqdadır. Artıq Azərbaycan Ermənistanın törətdiyi vəhşiliyə, dağıntılara cavab olaraq Qarabağı cənnətə çevirəcək yeni quruculuq işlərinə başlayıb və bütün dünya bunu görür. Bu da strateji kommunikasiyamızda Prezident İlham Əliyev tərəfindən müəyyən olunan yeni çalarları özündə əks etdirir".
Həkimlərin fikirinə görə, qidalanma insanın sağlamlığına ən böyük təsir edən amillərdən biridir.
İran çempionatında 9-cu turun oyunları keçirilir.
ABŞ-da koronavirusa yoluxmanın artmağa başlaması ilə Nyu-Yorkda vaksin kartı tələb edilməyən qapalı məkanlarda maska taxmaq məcburiyyəti geri gətirilib.
Taliban Müdafiə Nazirliyinin sözçüsü İnayətullah Xarəzmi qatıldığı bir proqramda "Sonuncu dəfə nə vaxt və hansı filmə baxmısınız?" sualını cavablandırıb.
Təkcə Balkanlarda deyil, geostrateji böhranlarda da Türkiyəsiz heç bir problem həll oluna bilməz.
Axar.az xəbər verir ki, bunu Albaniyanın BMT-dəki keçmiş nümayəndəsi Abdi Baleta deyib.
Diplomat Türkiyə faktorunu nəzərə almadan geostrateji "zəlzələlər" bölgəsində heç bir dəyişikliyin olmayacağını vurğulayıb.
"Hara getsəniz, "albanam" dediyiniz zaman qapıları açılan yeganə yer Türkiyədir. Bu, tərəflərin səmimiyyəti və ortaqlığıdır. Türkiyə ilə Albaniyanın ortaq maraqları var və bu, dostluğun əsasını təşkil edir", - Baleta söyləyib.
Prezident Rəcəb Tayyib Ərdoğana və onun rəhbərliyi altında Türkiyənin güclənməsinə işarə edən Baleta deyib:
"Türkiyə gücləndikcə onun siyasətinə simpatiya duyuram. Prezident Ərdoğan Türkiyənin rolunu gücləndirdi. "Çevriliş cəhdini (15 iyul çevrilişə cəhd günü - red.) dəf edərsə, Türkiyə tarixində Atatürkdən sonra ən önəmli şəxs olacaq" deyə fikirlərimi bölüşmüşdüm".