Ermənistanın cənubunda yerləşən hərbi hissələrindən birində 10 dekabr saat 19:30 radələrində atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Atışma nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb, daha iki əsgər isə yaralanıb.
Atəş açan əsgərin (və ya əsgərlərin) adı açıqlanmayıb.