Bolqarıstan Prezidenti Rumen Radev parlamentdə ən çox üzvü olan “Dəyişikliklərə davam” partiyasına hökuməti qurmaq vəzifəsini tapşırıb.
Axar.az xəbər verir ki, səlahiyyət müddəti 4 il olan yeni hökumət dekabrın 13-də vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, ölkədə keçirilən növbədənkənar prezident seçkilərdən sonra formalaşan parlamentdə “Dəyişikliklərə davam” partiyası digər 3 islahatçı siyasi qüvvə ilə 140 səhifəlik koalisiya anlaşma memorandumu imzalayıb.