Türkiyədə növbədənkənar seçki iddialarını gündəmə gətirməyi lazımsız hesab edirəm.
Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop jurnalistlərə açıqlamasında deyib.
“Növbədənkənar seçkilni müzakirə çıxarmağın heç bir məntiqi əsasları yoxdur. Mən bu təşəbbüsü lazımsız hesab edirəm. Yeni sistemlə siyasi sabitliyi düşündük və seçkilərin vaxtında keçirilməsini uyğun gördük. Sadəcə olaraq təcili vəziyyətlərdə bu addımlar atıla bilər”, M. Şəntop bildirib.