SSRİ-nin dağılmasını hər hansı konkret hadisə ilə əlaqələndirmək olmaz.
Axar.az xəbər verir ki, bu sözləri Avroparlamentin spikeri David Sassoli deyib.
“SSRİ-nin dağılması konkret bir hadisənin nəticəsi deyildi. Çünki bu, uzun proses idi. Biz təsəvvür edə bilməzdik ki, dünyada soyuq müharibə başa çatacaq və SSRİ-nin tərkibində olmuş bir çox ölkələr Avropa Birliyinin üzvü olacaq”, - deyə Sassoli bildirib.