Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İranı müzakirə etmək üçün gələn həftə İsrailə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Sallivanın İsrail Baş naziri Naftali Bennett, xarici işlər naziri Yair Lapid və müdafiə naziri Benni Qantzla görüşü gözlənilir.
İsrail rəsmiləri Sallivanın Ramallahda da fələstinli nümayəndələrlə görüşəcəyini bildiriblər.